Şahin Mustafayev Parsabad dəmiryolu yük terminalının tikintisi ilə bağlı Tehranda görüş keçirib

Tehranda iki ölkənin rəsmiləri arasında görüş

© APA | Tehranda iki ölkənin rəsmiləri arasında görüş

# 05 avqust 2021 19:34 (UTC +04:00)

İran və Azərbaycan arasında Parsabad dəmiryolu yük terminalının tikintisi ilə bağlı Tehranda iki ölkənin rəsmiləri arasında görüş keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İran parlamentinin spiker müavini Əli Nikzad və Ərdəbil əyalətinin rəsmiləri iştirak edib.

Görüşdə Ş.Mustafayev Azərbaycan dövləti və xalqının salamlarını çatdırıb və Parsabad dəmir yolu yük terminalı ilə bağlı işlərin sürətləndirilməsinə çalışacağını bildirib.

O, iki ölkə arasında müştərək mədəni, dini və tarixi bağlardan danışıb və bildirib ki, Azərbaycan və İran birlikdə iqtisadi, ictimai və mədəni əlaqələri daha da artıra bilərlər.

Görüşdə parlamentin spiker müavini Ə. Nikzad Parsabad dəmiryolu yük terminalının təsis edilməsi layihəsi üçün görülən işlərdən danışıb layihə ilə bağlı Azərbaycanda 4 iclas, İranda 3 iclas keçirildiyini vurğulayıb: "Yol xəritəsi hazırlanıb, araşdırmalar aparılıb. Layihə çərçivəsində 4 kilometr dəmir yolu tikiləcək, 10 kilometr yol isə təmir olunacaq. Bu işləri görməyi Azərbaycan tərəfi üzərinə götürüb. İran ərazisində dəmir yolu xətti Təzəkəndə qədər çəkiləcək."

Qeyd edək ki, Parsabad dəmir yolu terminalının tikintisi üçün iki ölkə arasında müştərək saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR