Təyyarələrdə birdəfəlik qablardan istifadəyə dair tələb ləğv olunub

Təyyarələrdə birdəfəlik qablardan istifadəyə dair tələb ləğv olunub
# 09 iyun 2021 21:41 (UTC +04:00)

Azərbaycana uçuşlar və Azərbaycandan uçuşlar zamanı aviaşirkətlərə qida təminatı ilə bağlı qoyulan tələblərdən biri ləğv edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, uçub gedən hava gəmiləri və uçub gələn hava gəmilərində sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmasına dair tələb ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR