Gürcüstan və Azərbaycan arasında pul köçürmələrində ciddi azalma müşahidə olunur - TƏHLİL

Gürcüstan və Azərbaycan arasında pul köçürmələrində ciddi azalma müşahidə olunur - <span style="color: red;">TƏHLİL
# 21 aprel 2016 12:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-mart aylarında Gürcüstan və Azərbaycan arasında pulköçürmələrin həcmi 3 mln. 824,1 min ABŞ dolları təşkil edib.

APA-Economics” Gürcüstanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1 mln. 583 min ABŞ dolları və ya 0,29% azdır.

Bu ilin fevral ayı ilə mart ayını müqayisə edəndə məlum olur ki, ötən ay iki ölkə arasında pul köçürmələrin həcmində 57,8 min. ABŞ dolları və ya 4,3%-lik azalma olub. Başqa sözlə, əgər fevralda Azərbaycan və Gürcüstan arasında pulköçürmələrin həcmi 1 mln. 344,3 min dollar olubsa, martda bu göstərici 1 mln. 286,5 min dollara düşüb. Ümumiyyətlə, mart ayında iki ölkə arasında pul köçürmənin həcmi yanvar ayındakı göstəricidən 93,2 min dollar və ya 7,8% çox olub. İl başlanandan indiyədək Azərbaycan və Gürcüstan arasında pulköçürmə daha çox fevral ayında qeydə alınıb. Belə ki, bu ilin yanvarında iki ölkə arasında pul köçürmənin həcmi 1 mln. 193,3 min dollar, fevralda 1 mln. 344,3 min dollar, martda isə 1 mln. 286,5 min dollar təşkil edib.

Göstəriciləri təhlil edəndə məlum olur ki, Azərbaycandan Gürcüstana pul köçürmə qonşumuzdan ölkəmizə pul köçürmələrdən 2 dəfə çoxdur. Yəni, bu ilin I rübündə Azərbaycandan Gürcüstana 2 mln. 546,1 min dollar göndərilibsə, Gürcüstandan ölkəmizə cəmi 1 mln. 278 min dollar köçürülüb.

Ötən ilin I rübündə də Azərbaycandan Gürcüstana pul köçürmə əks istiqamətdə pul köçürmələrdən 2,3 dəfə çox olub. Qeyd edək ki, 2015-ci ilin ilk 3 ayında Azərbaycandan Gürcüstana 3 mln. 760,9 min dollar, Gürcüstandan ölkəmizə isə 1 mln. 646,2 min dollar göndərilib. Başqa sözlə, son 1 ildə Azərbaycandan Gürcüstana pulköçürmələri 32,3%, Gürcüstandan Azərbaycana isə 22,4% azalıb.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR