“Moody’s” Azərbaycanın kredit reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə dəyişib

“Moody’s” Azərbaycanın kredit reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə dəyişib
# 04 avqust 2008 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın Ba1 kredit reytinqi üzrə proqnozu «sabit»dən «müsbət»ə dəyişib. Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, proqnozun dəyişdirilməsi ölkənin kredit reytinqinin yaxın gələcəkdə investisiya dərəcəli reytinq (Baa3) səviyyəsinə yüksəldilməsi istiqamətində atılan ilk addım kimi qiymətləndirilir.
Azərbaycanın az məbləğdə dövlət borcu, cari əməliyyatlar hesabı və icmal büdcəsi üzrə yüksək müsbət saldosu, dövlət borcu üzrə defolt riskinin aşağı olması və bu riskin azalması var.
Agentliyin vitse-prezidenti Conatan Şiferin sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas məqsəd artan gəlirlərin tədbirli şəkildə idarə edilməsindən və qeyri-neft sektorunun diversifikasiyasının stimullaşdırılmasından ibarətdir: «Qısa yol qət etməsinə baxmayaraq, Azərbaycanın gələcək üçün çox gözəl perspektivləri mövcuddur».
Qeyd edək ki, hazırda Azərbaycanın «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi tərəfindən verilən Ba1 və «Fitch Ratings» beynəlxalq reytinq agentliyi tərəfindən verilən BB+ kredit reytinqləri var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR