«Royal Bank of Baku» bu gündən daha bir pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb

«Royal Bank of Baku» bu gündən daha bir pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb
# 18 avqust 2008 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) bu gündən «Leader» pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.
Bankın İdarə Heyətinin sədr müavini Zaur Fərzəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, yaxın vaxtlarda bank daha bir sistemə - «Unistream» pulköçürmə sisteminə qoşulmaq niyyətindədir: «Hazırda bu sistemin Dağlıq Qarabağda işləyib-işləmədiyi dəqiqləşdirilir. Əgər sistem separatçı rejimlə əməkdaşlıq edirsə, bank bu sistemə qoşulmaqdan imtina edəcək. Bütün bu problemlərin həlli ilə bağlı yaxın günlərdə bankın bir neçə mütəxəssisinin Moskvaya səfər edəcəyi gözlənilir».
Qeyd edək ki, «Royal Bank of Baku» hazırda həmçinin «Western Union», «Migom», «PrivatMoney», «Contact», «CaspianMoneyTransfer» və «Bıstraya Poçta» pulköçürmə sistemləri üzrə xidmət göstərir.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB Azərbaycanda 1993-cü ildə «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə bankın brendi dəyişdirilib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 85,067 mln. manat, kredit portfeli 55,976 mln. manat, depozit portfeli 34,641 mln. manat, məcmu kapitalı 18,061 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,941 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 21 filialı, 22 bankomatı və 59 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR