«NBCBank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«NBCBank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 21 avqust 2008 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) «ExpressMoney» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, «ExpressMoney» sistemindən əlavə bank bu il ərzində digər beynəlxalq sistemlərə qoşulmaq niyyətindədir. Hazırda bu istiqamətdə müəyyən araşdırmalar aparılır.
Qeyd edək ki, bank qoşulduğu pulköçürmə sistemlərinin sayını artıq 7-yə çatdırıb. Belə ki, «NBCBank» indiyədək «Western Union», «Bıstraya Poçta», «Lider», «Contact», «Migom» və «PrivatMoney» sürətli pulköçürmə sistemlərinə qoşulub.
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «Ruzi Bank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildən brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 34,659 mln. manat, kredit portfeli 26,915 mln. manat, depozit portfeli 6,727 mln. manat, məcmu kapitalı 15,020 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 6 filialı, 4 bankomatı və 33 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR