«Xalq Bank» bu ilin birinci yarısında aktivlərini 2,4 dəfə artırıb

«Xalq Bank» bu ilin birinci yarısında aktivlərini 2,4 dəfə artırıb
# 21 avqust 2008 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 325,693 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan analoji göstəricidən 2,4 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,4 dəfə artaraq 262,105 mln. manata, depozit portfeli isə 3,3 dəfə genişlənərək 234,426 mln. manata çatıb. Bankın məcmu kapitalı 17,5% azalaraq 41,885 mln. manat, nizamnamə kapitalı isə 53,550 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə artaraq 19,587 mln. manat, xərcləri isə 3,6 dəfə artaraq 29,469 mln. manat təşkil edib. Nəticədə, son bir ildə bankın zərəri 8,7 dəfə artaraq 9,882 mln. manata çatıb.
Xatırladaq ki, «Xalq Bank» son bir ildə əlavə 4 filial açıb, 3 bankomat və 5 POS-terminal quraşdırıb. Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 53,4% artaraq 204 nəfərə çatıb.
Təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 6 filialı, 17 bankomatı və 30 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR