Azərbaycanda ilk dəfə təyyarələrdə POS-terminallar quraşdırılıb

Azərbaycanda ilk dəfə təyyarələrdə POS-terminallar quraşdırılıb
# 27 avqust 2008 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zaminbank» Səhmdar Kommersiya Bankı (SKB) ölkədə ilk dəfə olaraq «Azərbaycan Hava Yolları» şirkətinə (AZAL) məxsus bütün təyyarələrdə off-line rejimində işləyən POS-terminallar quraşdırıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təyyarədə olan sərnişinlər bu POS-terminallarla plastik kartlar vasitəsi ilə istənilən ödəniş əməliyyatı həyata keçirə bilərlər.
Qeyd edək ki, «Zaminbank» SKB «VİSA İnternational» beynəlxalq ödəniş sisteminin kartlarının emissiyasına 2006-cı ilin avqust ayından başlayıb. Bu ilin avqust ayının 1-dən isə bank «Union Card» ödəniş sisteminə, həmçinin ölkədə ilk dəfə olaraq «National Credit Card» (NCC) plastik kartların emissiyasına başlayıb.
Xatırladaq ki, ölkədə fəaliyyət göstərən 44 bank təşkilatı sırasında «Zamin Bank» POS-terminalların sayına görə ikinci yeri tutur. Belə ki, 2008-ci ilin iyul ayının 1-nə bankın POS-terminallarının sayı ötən ilin eyni dövrünün analoji göstəricisi ilə müqayisədə təxminən 23,5 dəfə artaraq 938-ə çatıb.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabr ayında yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 115,433 mln. manat, kredit portfeli 69,308 mln. manat, depozit portfeli 37,683 mln. manat, məcmu kapitalı 12,956 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat təşkil edib. Bankın respublika üzrə 20 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 20 bankomatı və 938 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR