Azərbaycandakı kredit ittifaqları son bir ildə məcmu aktivlərini 25%, nizamnamə kapitalını isə 11% artırıb

Azərbaycandakı kredit ittifaqları son bir ildə məcmu aktivlərini 25%, nizamnamə kapitalını isə 11% artırıb
# 29 avqust 2008 14:27 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının məcmu aktivlərinin həcmi 2008-ci ilin ilk yarısının sonuna 13,62 mln. manat təşkil edib. Bu isə ötən ilin birinci yarısının nəticələri ilə müqayisədə 24,5% çoxdur. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
AMB-dən bildirilib ki, hesabat dövründə kredit ittifaqlarının məcmu nizamnamə kapitalının həcmi 10,9% artaraq 4,36 mln. manata çatıb.
Qeyd edək ki, Azərbaycanda 78 kredit ittifaqı fəaliyyət göstərir və bunun 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR