ABŞ şirkətlərinin 75%-nin rüblük gəlirləri pandemiyadan əvvəlki səviyyəni ötüb

ABŞ şirkətlərinin 75%-nin rüblük gəlirləri pandemiyadan əvvəlki səviyyəni ötüb
# 31 avqust 2021 12:00 (UTC +04:00)

Bu ilin II rübündə ABŞ-ın 75%-dən çox nəhəng şirkətlərin gəlirləri pandemiyadan əvvəlki (2019-cu il) səviyyəsini keçib. Bu, bir çox biznesin COVID-19-a görə dəyişmiş şərtlərə uyğunlaşa bildiyini göstərir.

"APA-Economics" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Qeyd olunur ki, səhmləri "Standard & Poor's 500" indeksinə daxil olan şirkətlərin 213-ün gəlirləri keçən il azaldıqdan sonra 2019-cu ilin göstəricisindən çox olub. Daha 153 şirkətin gəlirləri həm bu il, həm də 2020-ci ildə artıb.

Eyni zamanda, 101 şirkətin gəlirləri 2019-cu ilə nisbətən daha aşağı səviyyədə qalmaqda davam edir. 10 şirkətin gəlirləri keçən il artıqdan sonra 2021-ci ildə azalıb.

Bu günə qədər II rüb üzrə maliyyə hesabatını "S&P 500"ə daxil olan 477 şirkət təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR