ARDNF-nin aktivlərinin müxtəlif ssenarilər üzrə həcmi proqnozlaşdırılıb - CƏDVƏL

ARDNF-nin inzibati binası

© APA | ARDNF-nin inzibati binası

# 09 sentyabr 2021 13:12 (UTC +04:00)

Maliyyə Nazirliyinin proqnozlarına görə, baza ssenarisində (neftin bir barelinin qiyməti 45 ABŞ dolları) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi gələn il 41,1 mlrd. dollar təşkil edəcək.

"APA-Economics"in nazirliyə istinadən verdiyi məlumata görə, daha bədbin ssenarilərdə Neft Fondunun aktivləri gələn il 38 mlrd. dollara qədər enə bilər. Belə ki, neftin qiymətinin 35 dollar olacağı halda Fondun aktivlərinin həcmi gələn il 39,5 mlrd. dollara, 25 dollara enəcəyi halda isə 37,9 mlrd. dollara qədər enəcəyi ehtimal olunur.

ARDNF-nin müxtəlif ssenarilər üzrə 2022-2025-ci illərdə aktivlərinin səviyyəsi:

Ssenarilər

2022-ci il

2023-cü il

2024-cü il

2025-ci il

Neftin qiyməti $45

$41,1 mlrd.

$40,3 mlrd.

$39,7 mlrd.

$39,2 mlrd.

Neftin qiyməti $35

$39,5 mlrd.

$37,1 mlrd.

$34,8 mlrd.

$32,7 mlrd.

Neftin qiyməti $25

$37,9 mlrd.

$33,8 mlrd.

$29,9 mlrd.

$26,1 mlrd.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR