AYİB Türkiyə iqtisadiyyatının bu il kəskin artacağını gözləyir

AYİB Türkiyə iqtisadiyyatının bu il kəskin artacağını gözləyir
# 04 noyabr 2021 11:26 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yenilənmiş proqnozuna əsasən, bu il Türkiyə iqtisadiyyatı 9% böyüyəcək.

"APA-Economics"in bankın "Regional İqtisadi Perspektivlər" adlı hesabatına istinadən verdiyi məlumata görə, sözügedən artımın əsas drayverləri kimi, post-pandemiya dövründə tələbatın sürətli bərpası və zəif lirədən bəhrələnən ixrac həcmləri göstərilir. Lakin makroiqtisadi risklər artıb.

2022-ci ildə ölkədə 3,5%-lik ÜDM artımı vəd edən bank artan neft-qaz qiymətlərinin Türkiyənin xarici balansına zərər verəcəyini istisna etmir. Bundan əlavə, zəifləyən xarici balans investorların ölkəyə sərmayə yatırmaq istəyini azaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR