Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının ümumi yığıncağı keçirilib - FOTO

Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının ümumi yığıncağı keçirilib - <span class="red_color">FOTO
# 23 iyun 2021 18:21 (UTC +04:00)

Bu gün Azərbaycan Beynəlxalq Bankının baş ofisində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermə qiyabi olub.

Toplantıda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2020-ci il üzrə maliyyə hesabatı təsdiqlənib. Bankın yeni inkişaf strategiyasının icrası nəticəsində son illərdə kapital mövqeyi, maliyyə dayanıqlılığı və mənfəətliliyi təmin edilib. 2020-ci ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb və ötən ilin mənfəətindən 127 milyon manat dividendin ödənilməsinə qərar verilib.

Eyni zamanda Abbas Məmmədəli oğlu İbrahimov növbəti 3 il müddətinə yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri təyin edilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR