Azərbaycan əhalisinin avtoyanacaq xərcləri ikiillik maksimuma yaxınlaşıb - QRAFİK

Azərbaycan əhalisinin avtoyanacaq xərcləri ikiillik maksimuma yaxınlaşıb - QRAFİK
# 12 noyabr 2021 13:29 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2,079 mlrd. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,4% artıb.

Təkcə oktyabr ayında əhali yanacağa 258 mln. manat xərcləyib ki, bu da sentyabr ayı ilə müqayisədə 22,3% çoxdur.

Qeyd edək ki, oktyabr ayında əhalinin aylıq avtoyanacaq xərcləri 2019-cu ilin dekabr ayından (399,1 mln. manat) bəri ən yüksək səviyyəyə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR