Azərbaycanda bu il özəl sektora 48 mln. manatdan çox güzəştli kredit verilib

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 24 sentyabr 2021 11:16 (UTC +04:00)

Azərbaycanda özəl sektora dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 mln. manat güzəştli kredit verilib.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR