Azərbaycanda cəmi depozit bazasının həcmi ilin əvvəlindən 5% artıb

Azərbaycanda cəmi depozit bazasının həcmi ilin əvvəlindən 5% artıb
# 22 sentyabr 2021 12:53 (UTC +04:00)

Bu ilin sentyabrın 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,792 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 9,1% çoxdur.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, aylıq müqayisədə depozitlərin həcmi 0,5% azalıb, ilin əvvəlində isə 4,8% artıb.

Yerləşdirilmiş depozitlərin 51,1%-i xarici valyutada olub, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,9%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR