Azərbaycanda dövlət büdcəsindən bələdiyyələrə ayrılan məbləğə yenidən baxılması təklif olunub

Azərbaycanda dövlət büdcəsindən bələdiyyələrə ayrılan məbləğə yenidən baxılması təklif olunub
# 23 noyabr 2021 12:45 (UTC +04:00)

Gələn ilin dövlət büdcəsindən bələdiyyələrə 11 mln. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur.

APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ölkədə 1 771 bələdiyyənin olduğunu nəzərə alınsa, orta hesabla hər bələdiyyə illik 6 min manat, aylıq 1 500 manat alacaq.

“Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması məqsədə uyğun olardı”, - deyə V. Bayramov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR