Azərbaycanda dövlət müəssisələrinin hansı qaydada özəlləşdiriləcəyi açıqlanıb

Azərbaycanda dövlət müəssisələrinin hansı qaydada özəlləşdiriləcəyi açıqlanıb
# 23 noyabr 2021 15:57 (UTC +04:00)

“Dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi çoxşaxəlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini bildirib ki, bu sahədə bir sıra dövlət müəssisələri İnvestisiya Holdinqinin tərkibinə verilib: “Digər müəssisələr isə müxtəlif qurumlardadır. Bu müəssisələrin hər birinə onların xüsusiyyətləri nəzərə alınmaqla, dövlət maraqları gözlənilməklə, eyni zamanda ölkə iqtisadiyyatının inkişafında onların rolu nəzərə alınmaqla xüsusi yanaşmalar tətbiq olunur. Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan müəssisələr sağlamlaşdırılaraq özəlləşdirməyə çıxarılacaq. Bu proses davam etdiriləcək. Sonuncu dəfə Azərbaycan Sənaye Korporasiyasının 8 iri şirkəti də özəlləşdirməyə çıxarılacaq. Bu proseslər bundan sonra da sürətlə davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR