Azərbaycanda ev təsərrüfatlarının kreditləşməsi 11% artıb

Azərbaycanda ev təsərrüfatlarının kreditləşməsi  11% artıb
# 26 avqust 2021 12:44 (UTC +04:00)

2021-ci ilin avqustun 1-nə Azərbaycanda ev təsərrüfatlarının götürdüyü kreditlərin həcmi 7,463 mlrd. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin əvvəli ilə müqayisədə bankların ev təsərrüfatları üzrə kredit portfeli 11,2% artıb. Sözügedən sektorun kreditləşməsi ötən ilin eyni vaxtı ilə müqayisədə 13,8%, aylıq müqayisədə isə 1,9% artıb.

Qeyd edək ki, avqustun 1-nə ev təsərrüfatları üzrə kredit qoyuluşları ölkə üzrə kredit qoyuluşunun 48,6%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR