Azərbaycandakı banklar bugünkü valyuta hərracında 53,4 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 53,4 mln. dollar cəlb edib
# 13 iyul 2021 13:18 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 53,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (8 iyul 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 17,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR