Azərbaycandan kapital axını yanvar-iyunda 38% artıb

Azərbaycandan kapital axını yanvar-iyunda 38% artıb
# 14 sentyabr 2021 11:27 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycanda kapitalın repatriasiyasının (ölkədən çıxarılan kapital) həcmi 2 549,6 ABŞ dolları təşkil edib.

"APA-Economics"in Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,3% artıb.

Qeyd edək ki, tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-367,6 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (2 182 mln. dollar) kapitalın repatriasiyası (2 549,6 mln. dollar) arasındakı fərqdən formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR