Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 5%, öhdəlikləri isə 6% artıb

Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 5%, öhdəlikləri isə 6% artıb
# 25 avqust 2021 10:59 (UTC +04:00)

Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 5% artaraq cari il avqustun 1-nə 33 668,10 mln. manat təşkil edib. Son bir ildə isə bankların aktivləri 10,4% artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə cəmi aktivlər 1,8% artıb.

Cəmi aktivlərin 44,5%-ni müştərilərə verilən kreditlər təşkil edib.

Bank sektorunun cəmi öhdəlikləri son bir ayda 2,4% artaraq cari ilin avqustun 1-nə 28 899,70 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 5,6%, ötən ilin eyni tarixi ilə müqayisədə isə 11,8% artıb. Cəmi öhdəliklərin 79,1%-i depozitlər təşkil edib.

Məlumata əsasən, 2021-ci ilin avqustun 1-nə bank sektorunun cəmi kapitalı 4 768,4 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR