Azərbaycanın kredit sazişlərinin həcmi açıqlanıb

Azərbaycanın kredit sazişlərinin həcmi açıqlanıb
# 25 may 2021 10:25 (UTC +04:00)

2021-ci ilin yanvarın 1-nə Azərbaycanın kredit sazişləri üzrə 12,478 mlrd. ABŞ dolları məbləğində vəsait cəlb etməsi nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

Qeyd olunur ki, sözügedən tarixə kreditlərin 11,833 mlrd. dolları artıq istifadə olunub və kreditlər üzrə əsas borc ödənişi 3,732 mlrd. dollar təşkil edir.

Təkcə ötən il Azərbaycan 470,8 mln. dollar məbləğində kredit istifadə edib və bu, 2019-cu il ilə müqayisədə 43,1% azdır.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 1-nə xarici dövlət borcu 8,822 mlrd. dollar və ya ÜDM-in 20,7%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR