Azərbaycanın ticarət dövriyyəsi 2026-cı ilədək 30 mlrd. dolları keçəcək - CƏDVƏL

Azərbaycanın ticarət dövriyyəsi 2026-cı ilədək 30 mlrd. dolları keçəcək - CƏDVƏL
# 06 noyabr 2021 14:02 (UTC +04:00)

2022-ci ildə Azərbaycanın mal ixracının həcminin 15,931 mlrd. ABŞ dolları, idxalının isə 11,733 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır. Nəticədə, ümumi xarici ticarət dövriyyəsinin həcmi 27,664 mlrd. dollar olacaq.

"APA-Economics"in məlumatına görə, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub. Beləliklə, müsbət ticarət saldosu 4,1978 mlrd. dollara bərabər olacağı güman edilir. Uzunmüddətli perspektivdə ölkənin xaric ticarət dövriyyəsinin 2026-cı ilədək 30 mlrd. dolları keçməsi istisna edilmir.

Xatırladaq ki, 2020-ci ilin yekunlarına görə, Azərbaycanın ticarət dövriyyəsinin ümumi həcmi 24,471 mlrd. dollar, müsbət saldonun həcmi isə 3,009 mlrd. dollar təşkil edib. Son məlumatlara görə isə bu ilin yanvar-sentyabr aylarında ölkənin ticarət dövriyyəsinin həcmi 22,974 mlrd. dollar, müsbət ticarət balansı isə 6,285 mlrd. dollara bərabər olub.

Azərbaycanın 2022-2025-ci illər ücün ticarət dövriyyəsi üzrə proqnozlar:

Göstəricilər,

mlrd. dollar

2022-ci il

2023-cü il

2024-cü il

2025-ci il

İxrac

15,931

17,094

17,761

17,827

İdxal

11,733

11,803

12,056

12,396

Dövriyyə

27,664

28,896

29,818

30,224

Müsbət saldo

4,198

5,291

5,705

5,431

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR