Bakıda muzdlu işçilərin orta aylıq maaşının məbləği açıqlanıb

Bakıda muzdlu işçilərin orta aylıq maaşının məbləği açıqlanıb
# 03 noyabr 2021 11:55 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqının məbləği açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,5% azalaraq 943,3 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında paytaxtda orta aylıq əməkhaqqı üzrə göstərici 948 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR