"Birbank" istifadəçiləri üçün yeni aksiya keçirilir

"Birbank" istifadəçiləri üçün yeni aksiya keçirilir
# 15 sentyabr 2021 14:59 (UTC +04:00)

“Kapital Bank” mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə olan əsas layihələrdən biri ağacəkmə ilə bağlıdır. Bu dəfə “Birbank” istifadəçiləri həmrəylik göstərərək yeni bir aksiyaya qoşula bilərlər.

Bildiyiniz kimi, 2021-ci il ölkə başçısı tərəfindən “Nizami ili” elan olunub. Həmçinin bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunub. Bu münasibətlə Gəncədə olan Nizami məqbərəsinin ətrafında 880 ağac əkilir. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilir.

“Birbank” istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini ağacəkməyə “xərcləyə” bilərlər. Belə ki, 1 sentyabr 2021-ci il tarixindən başlayaraq 50 000 “ürəyi” əkiləcək 1 ağaca dəyişmək mümkündür. Birbank istifadəçiləri POS terminal, İnternet və “Birbank” vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər.

3 milyondan artıq istifadəçi tərəfindən yüklənən “Birbank”ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və “BirKart” sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. “Birbank”da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumatla www.birbank.az saytından tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR