Birinci yarımildə Azərbaycanın könüllü tibbi sığorta bazarı 1,4% kiçilib

Birinci yarımildə Azərbaycanın könüllü tibbi sığorta bazarı 1,4% kiçilib
# 26 iyul 2021 15:38 (UTC +04:00)

2021-ci ilin ilk yarısında ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 70,769 mln. manat sığorta haqqı toplanıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 1,4% azalıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 32,196 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% azalıb.

Qeyd edək ki, ümumi könüllü sığorta növləri üzrə yanvar-iyun aylarında yığımlar 304,513 mln. manat, ödənişlər isə 183,663 mln. manat təşkil edib. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% və 19,3% çoxdur. Sözügedən sığorta növləri üzrə yığımlar bazarın 67,3%-ni, ödənişlər isə 74%-ni təşkil edib.

Xatırladaq ki, 2021-ci ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 452,366 mln. manat məbləğində sığorta haqqı toplanılıb və 248,2 mln. manat sığorta ödənişləri olub. Bu illik müqayisədə müvafiq olaraq 11,3% və 31,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR