Bu il Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 7% artıb

Bu il Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 7% artıb
# 27 iyul 2021 16:02 (UTC +04:00)

2021-ci ilin iyulun 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artaraq 2,558 mlrd. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 0,1% azalıb. İlin əvvəlindən isə bu göstərici 1,9% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16,8 % təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi azalıb, illik müqayisədə isə 0,3 faiz bəndi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR