Cənub-Şərqi Asiyanın rəqəmsal iqtisadiyyatına bu il rekord həcmdə investisiya yatırılıb

Cənub-Şərqi Asiyanın rəqəmsal iqtisadiyyatına bu il rekord həcmdə investisiya yatırılıb
# 10 noyabr 2021 14:36 (UTC +04:00)

Bu ilin birinci yarısında Cənub-Şərqi Asiyanın rəqəmsal iqtisadiyyatına investisiyaların həcmi rekord həddə çataraq 11,5 mlrd. ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Singapore FinTech Festival" beynəlxalq konfransda "Google" korporasiyası, "Temasek" investisiya fondu və "Bain & Co" konsaltinq şirkətinin dərc etdikləri birgə hesabatda deyilir.

"Ötən il sərmayələr 11,6 mlrd. dollar təşkil edib, bu ilin ilk altı ayında isə rekord həddə olub – 11,5 mlrd. dollar. Ən böyük investisiyalar Sinqapurun logistika startapı "J&T Express" (təxminən 2 mlrd. dollar) və "Carro" avtomobil bazarı platformasına (360 mln. dollar) yatırılıb", - hesabatda deyilir.

Ekspertlər qeyd edirlər ki, e-ticarət platformaları və rəqəmsal maliyyə xidmətləri kapitalın 60%-ə qədərini təşkil edərək investisiya üçün ən cəlbedici olub.

"Temasek"in strateji investisiya departamentinin rəhbəri Rohit Sipahimalaninin sözlərinə görə, regionda rəqəmsal iqtisadiyyatda bütün əməliyyatların 80%-ə qədəri İndoneziya və Sinqapurun payına düşür.

Araşdırmaya görə, Cənub-Şərqi Asiyada 661,5 mln. insanın təxminən 80%-i rəqəmsal xidmətlərin daimi istifadəçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR