"Dəmirbank"ın kreditorlarına növbəti ödənişlər həyata keçiriləcək

"Dəmirbank"ın kreditorlarına növbəti ödənişlər həyata keçiriləcək
# 13 oktyabr 2021 11:35 (UTC +04:00)

Ləğv prosesində olan "Dəmirbank" ASC-nin, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi bu ilin 14 oktyabr tarixdən etibarən başlanılacaq.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlar tələblərin ödənişi ilə bağlı Fondun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim edə bilərlər. Əlavə məlumat almaq üçün (012) 941 nömrəsi ilə əlaqə saxlamaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR