Dövlət borcunun idarə edilməsi ilə bağlı yeni strategiya hazırlanıb

Samir Şərifov

© APA | Samir Şərifov

# 11 noyabr 2021 11:41 (UTC +04:00)

“Növbəti illərdə də dövlət borclanmasında məqsədyönlü siyasət aparılacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, dövlət borclanması ilə bağlı vaxtaşırı “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya düzəlişlər edilir, bununla bağlı dövlət başçısının müvafiq tapşırığı var: “Müvafiq strategiya layihəsi də artıq hazırlanaraq təqdim olunub. Bu strategiyanın cari ildə qəbul edilməsi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR