DSMF-nin büdcəsinin icrası barədə Milli Məclisə hesabat verilməsi təklif olunub

DSMF-nin  büdcəsinin icrası barədə Milli Məclisə hesabat verilməsi təklif olunub
# 17 noyabr 2021 11:15 (UTC +04:00)

“Yaxşı olardı ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası barədə Milli Məclisə hesabat verilsin”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri təklif edib ki, dövlət büdcəsindən alınmamış vəsaitlərin idarəolunan kapitala çevrilməsi, Fondun investisiya layihələrində iştirakı üçün müvafiq addımlar atılsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR