Dünya Bankı: Qlobal iqtisadiyyat bu il 5,6% böyüyəcək

Dünya Bankı: Qlobal iqtisadiyyat bu il 5,6% böyüyəcək
# 08 iyun 2021 18:43 (UTC +04:00)

Dünya Bankının yeni proqnozlarına əsasən, bu il qlobal ÜDM-in artım tempi 5,6% səviyyəsində olacaq və bu dinamikanın son 80 ildə ən kəskin resessiyadan sonra olan artım kimi tarixə düşəcəyi güman edilir.

"APA-Economics"in Dünya Bankının "Global Economic Prospects" adlı hesabatının iyun buraxılışına istinadən verdiyi məlumata görə, sözügedən artımın əsasən, dünyanın aparıcı iqtisadiyyatların güclü bərpası hesabına baş verəcək. İnkişafda olan ölkələr isə COVID-19 pandemiyasının təsirlərindən daha çox əziyyət çəkəcək və onların iqtisadiyyatlarının artım tempi nisbətən aşağı olacaq.

Regionların iqtisadiyyatlarına gəldikdə, bu il bank Şərqi Asiya və Sakit okean bölgəsində 7,7%-lik, Avropa və Mərkəzi Asiyada 3,9%-lik, Latın Amerikası və Karib dənizi regionunda 5,2%-lik, Orta Şərq və Şimali Afrikada 2,4%, Cənubi Asiyada isə 6,8% artımın olacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR