"Fitch": Azərbaycan iqtisadiyyatı gələn il 3,3% böyüyəcək

"Fitch": Azərbaycan iqtisadiyyatı gələn il 3,3% böyüyəcək
# 08 oktyabr 2021 11:35 (UTC +04:00)

"Fitch Solutions" şirkəti bu il Azərbaycan iqtisadiyyatının 2,5%, 2022-ci ildə isə 3,3% böyüyəcəyini proqnozlaşdırır.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, neft və qaza dayanıqlı tələbatı nəzərə alaraq, hazırda kontinental Avropada davam edən iqtisadi bərpa prosesləri Azərbaycanın xarici balansının statistikasına müsbət təsir göstərəcək. Lakin yerli bazarda tələb COVID-19 pandemiyası səbəbindən daha yavaş templərlə bərpa olacaq.

Xatırladaq ki, cari ilin may ayında "Fitch Ratings" agentliyi Azərbaycanda bu il iqtisadiyyatın 2,1%, 2022-ci ildə isə 2,9% artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Dünya Bankının bu yaxınlarda dərc olunmuş Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında Azərbaycanda ÜDM-in bu il 5% 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcəyi qeyd olunub. Asiya İnkişaf Bankının sentyabr proqnozunda isə cari il ölkədə iqtisadiyyatın artım tempinin 2,2%, 2022-ci ildə isə 2,5% olacağı deyilir.

Əlavə edək ki, 2020-ci ildə COVID-19 pandemiyası fonunda Azərbaycan iqtisadiyyatı 4,3% kiçilib. Son məlumatlara görə, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 3,6% böyüyüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR