Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb
# 21 iyun 2021 11:11 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 408 124,1 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 14 506 min dollar və ya 3,7% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.

Belə ki, ötən il bu göstərici 393 618,1 min dollar təşkil edib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 212 572,1 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 4,7% azdır. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 14,6% artaraq 195 552 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk beş ayında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 17 020,1 min dollarlıq mənfi saldo yaranıb, bu da illik ifadədə 67,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR