İdman mərc oyunları keçirəcək hüquqi şəxsin akkreditasiyası üçün 2000 manat rüsum tutulacaq

İdman mərc oyunları keçirəcək hüquqi şəxsin akkreditasiyası üçün 2000 manat rüsum tutulacaq
# 01 noyabr 2021 12:09 (UTC +04:00)

İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə dövlət rüsumu tutulacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq.
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən yeni - 18.75-ci maddəyə əsasən, idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2000 manat dövlət rüsumu tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR