Komitə sədri: “Sənəd üç istiqamət üzrə vergilərlə bağlı dəyişiklikləri ehtiva edir”

Tahir Mirkişili

© APA | Tahir Mirkişili

# 03 noyabr 2021 11:12 (UTC +04:00)

“Ötən dövr ərzində dövlətin vergi siyasətində xeyli sayda müsbət dinamikalar müşahidə edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, keçən dövr ərzində ədalətli rəqabətin inkişaf etdirilməsi, eyni zamanda vergidən yayınmanın qarşısının alınması üçün görülən işlər effektiv nəticəsini verib: “Pandemiyanın təsirinə görə sahibkarlığa tətbiq edilən vergi güzəştləri bu sahədə olan müsbət dinamikanı bir daha göstərir. Eyni zamanda bu gün vaksinləşmənin səviyyəsinin yüksək olması onu deməyə əsas verir ki, vaksinləşmə səviyyəsi yüksək olan ölkələrdə 2022-ci ildə postpandemiya dövrü başlamış olur. Bu gün bizə daxil olan qanun layihəsi kifayət qədər böyükdür, bütövlükdə 3 istiqamət üzrə vergilərlə bağlı dəyişiklikləri özündə ehtiva edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR