Maliyyə naziri: “Prioritetlərdən biri azad olunmuş ərazilərin iqtisadiyyata reinteqrasiya edilməsidir”

Samir Şərifov, maliyyə naziri

© APA | Samir Şərifov, maliyyə naziri

# 16 noyabr 2021 11:32 (UTC +04:00)

“Mənfur düşmənin darmadağın etdiyi ərazilərimizə yeni nəfəs verilir, yeni avtomobil yolları, dəmiryolları çəkilir, mədəniyyət abidələri bərpa edilir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müəyyən etdiyi 5 milli inkişaf prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsidir: “Növbəti ilin dövlət və icmal büdcələrinin gəlir və xərcləri müəyyənləşdirilərkən cari ilin təsdiq edilmiş büdcənin icra vəziyyətinə də baxılıb. 2022-ci ilin dövlət büdcəsi əhalinin rifah halının yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış və bərpa Layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR