Mehmanxana, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərlə əlaqədar yeni tələb müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergi ödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları da vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarının vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsi isə tələb olunmayacaq. Başqa sözlə, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər indiki kimi yalnız sadələşdirilmiş vergi üzrə aylıq sabit 15 manat ödəyəcəklər.
Mehmanxana, xəstəxana, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərlə əlaqədar yeni tələb müəyyənləşir
03 noyabr 2021 11:11 (UTC +04:00)
Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024