Nazir: "AYİB-in sənədi yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır"

Nazir: "AYİB-in sənədi yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır"
# 01 iyul 2021 17:32 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 30-cu illik toplantısında pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı barədə müzakirələr aparıb.

"APA-Economics" xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, AYİB-in "Strateji və Kapital Çərçivəsi 2021-2025" sənədində müəyyən edilən məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir.

"Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır", - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR