Neft Fondu "AAA" reytinqli investisiya alətlərinə sərmayələrini artırıb

Neft Fondu "AAA" reytinqli investisiya alətlərinə sərmayələrini artırıb
# 21 oktyabr 2021 17:39 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında ("Cənub Qaz Dəhlizi", Azərbaycan Beynəlxalq Bankı və SOCAR istiqrazlarını çıxmaq şərti ilə) 2021-ci il 30 sentyabr tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA-Economics"in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 30 sentyabr 2021-ci il tarixinə qeyd olunan göstərici 58,5% təşkil edib, bu da 30 sentyabr 2020-ci ilə olan göstərici ilə müqayisədə 1,5% bəndi çoxdur.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 15,7%-i "AA" reytinqli, 16,6%-i "A" reytinqli, 8%-i "BBB" reytinqli, 1,2%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 30,7%-i 0-1 il, 31,5%-i 1-3 il, 15,8%-i 3-5 il, 22%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.

Xatırladaq ki, hesabat dövrünə ARDNF-nin cəmi investisiya portfeli 44 226,06 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR