ARDNF-nin investisiya portfelinin valyuta səbətinin strukturu üzrə proqnozu açıqlanıb

ARDNF-nin investisiya portfelinin valyuta səbətinin strukturu üzrə proqnozu açıqlanıb
# 06 dekabr 2021 11:51 (UTC +04:00)

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF investisiya portfelinin 65%-ni ABŞ dolları təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-nin 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.

Xatırladaq ki, 30 sentyabr 2021-ci il tarixinə dolların ARDNF-nin investisiya portfelində payı 69,1% təşkil edib.

Sənədə əsasən, gələn il avro ARDNF-nin investisiya portfelinin 20%-ni, funt sterlinq 5%-ni təşkil edəcək, qalan 10% isə digər valyutaların payına düşəcək.

Qeyd edək ki, 31.12.2021-ci il tarixinə Fond üzrə gözlənilən aktivlər 43 227,4 mln. dollar səviyyəsində proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR