"PAŞA Sığorta" əmlak sığortası kampaniyasına start verib

"PAŞA Sığorta" əmlak sığortası kampaniyasına start verib
# 25 noyabr 2021 12:10 (UTC +04:00)

İsti evimizə qarşı hər zaman qayğılı olmağa çalışsaq da, bəzən bizdən asılı olmayan səbəblərdən istənilməyən zərərlərlə üzləşə bilərik. Sizi məyus edə biləcək hadisələr qarşısında təşvişə düşməkdənsə, bu hissəni bizə həvalə edin. “Sığortala evini, qazan hədiyyəni!” kampaniyamız çərçivəsində əmlakınızı sığortalamaq sizə sevinc bəxş edəcək.

“Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan “Zeytun”, “Çinar” və “Cökə” paketlərindən birini əldə edərək həm evinizi sığortalayacaq, həm də “PAŞA Sığorta”dan hədiyyə olaraq alış-veriş kartı qazanacaqsınız. Yeni kampaniyamıza əsasən, müştərilərimiz 99 AZN sığorta haqqı ilə “Çinar”, 149 AZN sığorta haqqı ilə “Cökə” və 199 AZN sığorta haqqı ilə Zeytun paketini əldə etməklə yanaşı, “Evimiz” mağazalarından müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq əldə edəcəklər.

Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya //bit.ly/3msFGGG keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR