"PAŞA Sığorta" Qarabağ Dirçəliş Fondu tərəfindən "İanə Sertifikatı" ilə təltif edilib

"PAŞA Sığorta" Qarabağ Dirçəliş Fondu tərəfindən "İanə Sertifikatı" ilə təltif edilib
# 12 oktyabr 2021 16:24 (UTC +04:00)

"PAŞA Sığorta" şirkəti Qarabağ Dirçəliş Fondu tərəfindən "İanə sertifikatı" ilə təltif olunub.

7 oktyabr tarixində Qarabağ Dirçəliş Fondunun iri sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşü keçirilib.

Ölkədə fəaliyyət göstərən biznes qurumlarının iştirakı ilə keçirilən tədbirdə Fondun yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə "PAŞA Sığorta" şirkəti də daxil olmaqla, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlara "İanə Sertifikatı" təqdim olunub.

"PAŞA Sığorta" şirkətinə məxsus "İanə Sertifikatı" şirkətin İdarə Heyətinin üzvü Fariz Əzizova təqdim edilib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə "Stabil" səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR