Qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta gəlirlərinin artacağı proqnozlaşdırılır

Qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta gəlirlərinin artacağı proqnozlaşdırılır
# 06 noyabr 2021 13:47 (UTC +04:00)

Azərbaycanda cari il üçün müəyyən edilmiş proqnozların artıqlaması ilə icra edilməsinin gözlənilməsi fonunda növbəti ildə qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta gəlirləri cari illə müqayisədə 7,5% çox olaraq proqnozlaşdırılıb.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əksini tapıb.

Rəydə bildirilib ki, qanun layihəsində 2022-ci ildə Fondun gəlirlərinin böyük hissəsinin (51,6%-nin) və ya 93 mln. manatının qeyri-büdcə sektoru üzrə işəgötürənlərin və işçilərin ödədikləri sığorta haqlarından formalaşdırılması nəzərdə tutulur. Bu da 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 6,2 mln. manat və ya 6,6% az, cari ilin proqnoz göstəriciləri ilə müqayisədə isə 6,5 mln. manat və ya 7,5% çoxdur.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, cari ilin I yarısında qeyri-büdcə sektoru üzrə Fonda daxilolmalar 44,2 mln. manat olub. Bu da ilin sonuna qeyri-büdcə sektoru üzrə proqnoz göstəricisindən artıq vəsaitin daxil olmasının gözlənilməsi kimi qiymətləndirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR