Qlobal ərzaq qiymətləri onillik maksimuma çatıb

Qlobal ərzaq qiymətləri onillik maksimuma çatıb
# 04 noyabr 2021 16:30 (UTC +04:00)

Oktyabrda dünya bazarlarında ərzaq məhsullarının qiymətləri sentyabr ayı ilə müqayisədə 3% artaraq 133,2 bənd təşkil edib. Bu, 2011-ci ilin iyul ayından qeydə alınan ən yüksək səviyyədir.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

Kanada, Rusiya və ABŞ da daxil olmaqla, əsas ixracatçı ölkələrdə aşağı məhsuldarlığın nəticəsində ehtiyatların azalması fonunda FAO-nun taxıl qiyməti indeksi də aylıq müqayisə 3,2% artıb və 137,1 bənd təşkil edib. Tərəvəz qiyməti indeksi isə 9,6% artaraq tarixi maksimuma – 184,8 bəndə çatıb. Artım xurma, soya, günəbaxan və kolza yağları üçün stabil qiymət kotirovkaları ilə bağlı olub. Ət qiymət indeksi isə ardıcıl üç aydır azalır və oktyabrda 0,7% enərək 112,1 bəndə bərabər olub.

Qeyd edək ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi artıq bir ildən çoxdur artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR