Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə görə 100 manat rüsum tutulacaq

Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə görə 100 manat rüsum tutulacaq
# 01 noyabr 2021 11:53 (UTC +04:00)

Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə görə dövlət rüsumu tutulacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq.

“Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.74-cü maddəyə əsasən, səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsi üçün 100 manat dövlət rüsumu tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR