Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələri müəyyənləşdiriləcək

Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələri müəyyənləşdiriləcək
# 02 iyul 2021 17:06 (UTC +04:00)

Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələri müəyyənləşdiriləcək.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələrinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyinə isə Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR