Xarici ticarət və ticarət tarifləri üzrə 2022-ci il üçün Fəaliyyət Planı hazırlanacaq

Xarici ticarət və ticarət tarifləri üzrə 2022-ci il üçün Fəaliyyət Planı hazırlanacaq
# 01 noyabr 2021 11:11 (UTC +04:00)

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə İşçi qrupunun video-konfrans formatında iclası keçirilib.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər, ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilmiş təkliflər müzakirə edilib, müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra növbəti ilin Fəaliyyət Planının tərtib edilməsi tövsiyə edilib.

İclasda aidiyyəti dövlət orqanlarının, palataların və digər qurumların məsul şəxsləri iştirak edib.

İclas zamanı həmçinin, Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti haqqında təqdimatlar olub, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR