Yunanıstan COVID-19-la bağlı daha 4 mlrd. avro xərcləyəcək

Yunanıstan COVID-19-la bağlı daha 4 mlrd. avro xərcləyəcək
# 13 sentyabr 2021 15:08 (UTC +04:00)

Yunanıstan höküməti COVID-19 pandemiyasından zərər çəkən ev təsərrüfatları və bizneslərə dəstək məqsədi ilə sözügedən qruplara daha 4 mlrd. avro həcmində yardım göstərəcək.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin maliyyə naziri Xristos Staikuras deyib.

Onun sözlərinə görə, ümumilikdə, dövlət dəstəyinin çərçivəsində 2020-2022-ci illərdə Yunanıstan 42,7 mlrd. avro həcmində vəsait xərcləyəcək.

Bundan əlavə, X. Staikuras qeyd edib ki, dövlət özünün ilk "yaşıl istiqrazlar"ının buraxılışını və Beynəlxalq Valyuta Fondu və digər Avrozona ölkələrinə olan borclarını erkən qaytarmağı planlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR